Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci tura yekun vurulub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.
“Qəbələ” səfərdə “Rəvan”a 2:0 hesabı ilə qalib gəlib. “Xəzər Lənkəran” isə evdə “Zirə”yə 2:5 hesabı ilə uduzub. “Zirə”nin heyətində Muxtar Əliyev pokerlə yadda qalıb.
20 fevral
“Rəvan” – “Qəbələ” – 0:2
Qollar: Ramil Hasanov, 14 (0:1), Ramin Hüseynov, 16 (0:2)
“Xəzər Lənkəran” – “Zirə” – 2:5
Qollar: Təmkin Xəlilzadə, 6 (0:1), Muxtar Əliyev, 26 (0:2), 65 (0:3), Zaman Mirzəzadə, 71 (1:3), 83 (2:3), Muxtar Əliyev, 84 (2:4), 90 (2:5)