01 Oktyabr 2024
Kateqoriyasız

Əvvəl Qriqorçuk, sonra Miloyeviç

Sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Serbiyanın “Çukariçki” komandasını qəbul edəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə 8-ci klometr qəsəbə stadionunda baş  tutacaq “Qəbələ”-“Çukariçki” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı bu gün saat 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə “Çukariçki”nin çalışdırıcısı Vladan Miloyeviç media nümayəndələrinin suallarını cavablandıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43