Kateqoriyasız

Əyləncə məclisi təşkil etdi, qovuldu

Belçikanın “Ostende” klubu qapıçısı Fabris Ondoa ilə müqaviləyə xitam verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna kamerunlu futbolçunun koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Hadisə ötən həftə baş verib. Ondoa özünə məxsus mənzildə təxminən 10 nəfərlik məcliz təşkil edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43