Kateqoriyasız

10 ilin unudulmaz matçı: qalmaqallı “Bakı” – “Xəzər Lənkəran” finalı – Video

Peşəkar Futbol Liqası 2009/2010 mövsümünün Azərbaycan kubokunun finalının icmalını paylaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 min azarkeşin qeydə alındığı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda “Bakı” “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlib və titula sahib olub.

Xatırladaq ki, matçda epizodların birində “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev rəqib futbolçusu tərəfindən ona tərəf uzaq məsafədən ötürülmüş topu saxlaya bilməyib və nəticədə hesab açılıb. “Bakı” fair-play qaydasına əmək etməyib və sonra daha bir dəfə fərqlənib. Yalnız sonuncu dəqiqədə “Xəzər Lənkəran” təsəlli qolunu vura bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43