Ölkə futbolu

12-ci səfər

Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə bu həftə sonu başa çatacaq. Baş tutacaq X turun qarşılaşmaları ilə II dövrə start götürəcək. “Qəbələ” qısa fasilədən sonra ilk oyununu Bakıda keçirəcək.

Yuri Syominin yetirmələri oktyabrın 19-da “İnter”in qonağı olacaq.  İlk dövrədəki ev matçında rəqibini 3:2 hesabı ilə məğlub edən “qırmızı-qaralar” paytaxt təmsilçisi üzərində ilk səfər qələbəsini qazanmağa çalışacaq. Belə ki, “Qəbələ” indiyədək yalnız öz meydanında rəqibini yenə bilib.

Ümumilikdə isə ilk dəfə  2006-cı ildə üz-üzə gələn komandalar bu günə kimi 23 dəfə qarşılaşıb. Rəqiblər 24-cü duelə qədər 21 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kubokunda üz-üzə gəlib. Bu oyunlarda üstünlük “İnter”in tərəfindədir. Paytaxt təmsilçisi 12 dəfə qalib gəlib və bunun yarısı qədər – 6 dəfə heç-heçə edib. “Qəbələ”nin hesabında isə 5 qələbə var. Ümumilikdə 54 qolun vurulduğu matçlarda “İnter” 35, “qırmızı-qaralar” 19 top vurub.

Bütün qələbələrini öz meydanında əldə edən “Qəbələ” 11 səfər görüşündə 8 dəfə uduzub və 3 bərabərliyə nail olub. Bakılılar evdə 25, qonaqlar 7 qol vurub.

Əvvəlki 24 dueldə vurulan 54 qola 35 futbolçu imza atıb. Duellərdə ilk qol Daniel Axtyamovun hesabındadır. “Qəbələ”nin ilk topunu isə Vitali Balamestnı vurub. Bakılıların 3 futbolçusu – Robertas Poşkus, Valter Quqlemon və Petar Zlatinov bu görüşlərdə hərəyə 4 dəfə fərqləniblər. Nizami Hacıyev isə indi oynadığı “Qəbələ”nin qapısına 3 qol vurub. Onun indiki komandasının ən məhsuldar üzvləri isə Kənan Kərimov, Vitali Balamestnı, Yannik Kamanan və Deon Bartondur. Onların hərəsi 2 dəfə “İnter”i məyus edib. Nizami ilə birlikdə “İnter”dən “Qəbələ”yə keçən Vladimir Levin və İbrahima Niasse isə hər komandada 1 dəfə fərqlənib.

2006/07. Premyer Liqa

05.08.2006. Gilan (Qəbələ) – İnter (Bakı) – 0:0

2006/07. Premyer Liqa

12.02.2007. İnter (Bakı) – Gilan (Qəbələ) – 2:0

Daniel Axtyamov, 57,62

2007/08. Premyer Liqa

02.12.2007. Qəbələ – İnter (Bakı) – 2:1

Vitali Balamestni, 10, 47 – Nizami Hacıyev, 65

2007/08. Premyer Liqa

28.05.2008. İnter (Bakı) – Qəbələ – 4:0

Roman Quello, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

2008/09. Premyer Liqa

30.08.2008. İnter (Bakı) – Qəbələ – 1:1

Valter Quqlemon, 85 – Tyaqu da Silva, 23

2008/09. Premyer Liqa

07.03.2009. Qəbələ – İnter (Bakı) – 0:1

Valter Quqlemon, 32

2008/09. Azərbaycan kuboku

29.04.2009. İnter (Bakı) – Qəbələ – 5:0

Valter Quqlemon, 5, 12-p., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

2008/09. Azərbaycan kuboku

06.05.2009. Qəbələ – İnter (Bakı) – 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

2009/10. Premyer Liqa

26.09.2009. İnter (Bakı) – Qəbələ – 3:2

Vladimir Levin, 68; Da Silva Roşa Leonardo, 88; Girts Karlson, 90 – İqor Melnik, 36; Kristian Torres, 69

2009/10. Premyer Liqa

24.12.2009. Qəbələ – İnter (Bakı) – 0:1

Petar Zlatinov, 87

2009/10. Premyer Liqa

10.04.2010. Qəbələ – İnter (Bakı) – 1:1

Kənan Kərimov, 90-p. – Robertas Poşkus, 61-p.

2009/10. Premyer Liqa

15.05.2010. İnter (Bakı) – Qəbələ – 4:1

Petar Zlatinov, 16-p.; Robertas Poşkus, 40; 47; 67 – Tomaş Stolpa, 90+1

2010/11. Premyer Liqa

19.09.2010. Qəbələ – İnter (Bakı) – 0:1

Rövşən Əmiraslanov, 35

2010/11. Premyer Liqa

13.11.2010. İnter (Bakı) – Qəbələ – 0:0

2011/12. Premyer Liqa

23.10.2011. İnter (Bakı) – Qəbələ – 1:1

Danildo Assioli, 20-p. – Deon Barton, 58-p.

2011/12. Premyer Liqa

11.12.2011. Qəbələ – İnter (Bakı) – 0:0

2011/12. Premyer Liqa

24.03.2012. Qəbələ – İnter (Bakı) – 2:1

Yannik Kamanan, 60; Deon Barton, 83 – Nizami Hacıyev, 76

2011/12. Premyer Liqa

22.04.2012. İnter (Bakı) – Qəbələ – 2:1

Nizami Hacıyev, 25;  İbrahima Niasse, 31 – Luiz Hillario, 8

2012/13. Premyer Liqa

10.08.2012. Qəbələ – İnter (Bakı) – 1:0

Lurival Rodrigez, 14

2012/13. Premyer Liqa

17.02.2013. İnter (Bakı) – Qəbələ – 2:1

Arif Daşdəmirov, 7; Samir Zərgərov, 73 – Yannik Kamanan, 23

2012/13. Premyer Liqa

13.03.2013. Qəbələ – İnter (Bakı) – 1:2

Viktor Mendi, 62 – Asif Məmmədov, 26; Yuri Fomenko, 29

2012/13. Premyer Liqa

19.05.2013. İnter (Bakı) – Qəbələ – 1:0

Ramil Mansurov, 87

2013/14. Premyer Liqa

11.08.2013. Qəbələ – İnter (Bakı) – 3:2

Leonardo da Silva, 54-p.; Vladimir Levin, 70; İbrahima Niasse, 83 – Slavço Georgiyevski, 20; Vaqif Cavadov, 90+2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43