Kateqoriyasız

“1:2 elə də pis nəticə deyil”- “Rapid”in baş məşqçisi

Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçından sonra qonaqların baş məşqçisi Ferdinand Foldhofer jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirdi:

– İlk 15 dəqiqə istəyirdik ki, “Neftçi”yə qarşı pressinq edək. Amma bu, alınmadı. Məhz 15 dəqiqədən sonra “Neftçi” dominantlıq etməyə başladı. Alınmayan hallar çox oldu. Bir neçə taktiki dəyişiklik edirdik. Amma rəqib bütün planlarımızı pozdu.

– Qolkiperinizi dəyişəcəksiniz?
– Buna ehtiyac görmürəm. Futboldu, alınan oyunlar da olur, alınmayan da.

– “Neftçi”nin bu cür oynadığını təsəvvür edirdiniz?
– Oyundan qabaq “Neftçi”ni analiz etmişdik. Çalışdıq ki, oyunda dominantlıq edək. Amma 15 dəqiqədən sonra “Neftçi” bütün planlarımızı pozdu. Onlar səhvlərimizdən faydalanmağa başladı. Stadionun ab-havası da bizə təsir etdi.

– Bu matçdan sonra “Neftçi”ni cütün favoriti hesab edirsiniz?
– “Neftçi”yə hörmətlə yanaşıram. Amma hər iki komanda güclüdü. Cavab matçında bütün məsələlərə nöqtə qoyulacaq. Bundan əvvəl bir oyun qalib gəlmişik, birində heç-heçə etmişik. Oyunçularımız da yorulub.

– “Neftçi”nin ən təhlükəli silahı nə idi?
– Hər futbolçusu güclüdü. Eddini digərlərindən ayırmaq olar. Birəbirdə çox güclü idi.

– Son saniyədə vurduğunuz qoldan sonra mərhələni keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, şanslar var. Bura əlverişli nəticə üçün gəlmişdik. Qalib gəlmək istəyirdik. Amma 1:2 elə də pis nəticə deyil. Cavab matçında bir və ya bir neçə qol vurmaq olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43