İş adamları Azərbaycan II Liqasında mübarizə aparan “Kürmük Qax” komandasına sahib çıxıblar.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik yerli iş adamlarının dəstəyi ilə klubun büdcəsini artıra bilib. Belə ki, qaxlı 12 biznesmen hərəsi 2 min manat birdəfilik ödəmə ilə komandaya maddi köməklik ediblər. Bölgə təmsilçisi dövlətin ayırdığı 50 min manatla yanaşı, büdcəsini əlavə 24 minlə artırıb.
Qeyd edək ki, II Liqanın ən zəngin klubları “Şahdağ Qusar” və “Baku Sportinq” komandalarıdır. Hər iki kollektiv də çempionluq hədəfi ilə mübarizə aparır.