Paraqvay çempionatının 39-cu turunda əzəli rəqiblər olan “Kerro Porteno” doğma meydanda “Olimpia”nı qəbul edib. Ev sahibi komandanın heyətində yer alan 14 yaşlı forvard Fernando Ovelar qarşılaşmanın 16-cı dəqiqəsində fərqlənərək klubun tarixinə düşüb.
Matç 2:2 heç-heçə ilə sona çatıb.