29 Sentyabr 2024
Ölkə futbolu

150 min dollarlıq təklif aldı, “Kəpəz”dən ayrıldı – SON DƏQİQƏ!

Daha bir futbolçu “Kəpəz”i tərk edib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun heyətində 2023/2024 mövsümünü yaxşı formada keçirən Olavale Onanuqa bir neçə klubun maraq dairəsinə düşüb.

Nəticədə nigeriyalı yarımmüdafiəçi Küveytdən gələn təklifə musbət yanaşıb. Daha öncə “Kəpəz”də qalacağını bildirən təcrübəli futbolçu, Küveytin adı açıqlanmayan klubundan gələn cəlbedici təklifə “yox” deyə bilməyib.

Klub Onanuqaya ilinə 150 min dollar maaş təklif edincə, 26 yaşlı futbolçu qarşı tərəfə “hə” deyib.

Qeyd edək ki, nigeriyalı oyunçu “Kəpəz”in heyətində başa çatan mövsümdə 27 oyunda meydanda olub, 2 qol vurub, 1 mqhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43