Dünya futbolu

17 yaşlı futbolçu Hollandiya millisinin tarixinə düşdü

“Ayaks”ın müdafiəçisi Matteys de Liqt Hollandiya futbolunun tarixinə düşüb.

O, 84 illik fasilədən sonra ölkənin əsas millisinin heyətində meydana çıxan ən gənc futbolçu olub.

Matteys de Liqt millidə dünən – 17 yaş 225 günündə, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana qarşı oyunda debüt edib.

Qeyd edək ki, 1933-cü ildə Mauk Veber adlı futbolçi 17 yaş 222 günündə ilk dəfə Hollandiya millisində oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43