22 Oktyabr 2024
İdman

2 qadın millimizin üzvünü qarət etdi

Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

İdmanxeber.com-un "Report"a istinadən məlumatına görə, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib. Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43