Saytımızda bir aydan çoxdur ki, davam edən "2014-cü ilin ən yaxşı fan-klubu hansıdı?" sorğusu bugün yekunlaşıb.
Az öncə yekun vurulan sorğuda 5005 nəfər iştirak edib. 15 fan-klubun qatıldığı sorğuda qalib adını 1427 səslə (29 %) "Qarabağ"ın "Qarabağsız gənclər" fan-klubu qazanıb.
İkinci yeri "Qarabağ"ın "İmarət" azarkeş qrupu, üçüncü yeri isə "Qəbələ"nin "Qəbələlilər" fan-klubu tutub.
Qalib fan-klubu təbrik edirik!