“Xəzər Lənkəran”dan ayrılan Əfran İsmayılovun yeni komandası bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi bundan sonra Nakının “İnter” klubunun şərəfini qoruyacaq. İsmayılov mövsümün sonuna kimi Bank klubunda çıxış edəcək. Əgər onun oyunu məşqçilər korpusunu qane edəcəyi təqdirdə o zaman Əfranla müqavilə uzadılacaq.
Milli komandamızın üzvü yanvarın 3-də yeni komandasına qoşulacaq.