Kateqoriyasız

“Qəbələ”də 4 futbolçu getdi!

Ötən gün Azərbaycan kubokunu qazanan “Qəbələ” 4 futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məkumatına görə, “qırmızı-qaralar” Lalavele Atakora, Sabien Lilay və Stiven Jozef Monrozla başa çatan müqaviləni yeniləməyib. Bundan başqa əyalət klubu yerli oyunçulardan İlqar Qurbanovu da komandada saxlamağı lazım bilməyib.

Müqaviləsi başa çatan qapıçı Dmitri Bezotosnı ilə danışıqlar aparılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43