Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri məlum olub.
Ağdam təmsilçisi “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”la (Lüksemburq) A qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.
A qrupu
“Sevilya” (İspaniya)
APOEL (Kipr)
“Qarabağ” (Azərbaycan)
“Düdelanj” (Lüksemburq)