Kateqoriyasız

Renat Dadaşov ən yaxşı seçildi və dedi: “Əgər onlar olmasaydı…”

“Mənim üçün əsas olan komandamın qələbə qazanmasıdır. Komanda yoldaşlarım olmasaydı, bu qolu vura bilməzdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin və Portuqaliyanın “Tondela” klubunun üzvü Renat Dadaşov Portuqaliya çempionatının “Famalikao” ilə matçından sonra deyib.

Komandasının qələbə rolunu vuran ve həmin matçın ən yaxşısı seçilən Renat daha sonra sözlərinə belə davam edib:

90 dəqiqə çalışdıq və özümüzə inandıq. Biz böyük xarakteri olan futbolçulardan ibarət bir komandayıq. Oyunu birlikdə qazandıq. Qələbə tək mənim deyil, bütün komandanındır. Bu mükafat tək mənə deyil, bütün komandaya məxsusdur. Bu qələbə bizim üçün çox vacib idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43