“Qarabağ”ın legioneri Marko Yankoviçin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, məşqdə qolundan zədə alan futbolçunun durumu ciddi deyil deyil. O, qısa vaxt sonra yenidən yaşıl meydanlara qayıdacaq.
Monteneqrolu oyunçunun Avropa Liqası pley-off mərhələsi çərçivəsində keçiriləcək “Braqa” görüşündə oynayacağı bildirilir. Yankoviç ikinci dövrənin ilk matçı olan “Araz Naxçıvan” qarşılaşmasında isə forma geyinə bilməyəcək.