Ölkə futbolu

28-ci ”Böyük oyun” – STATİSTİKA

Həftəsonu baş tutacaq oyun “Xəzər Lənkəran”la “Neftçi” arasında 28-ci matç olacaq.

 

Belə ki, “Böyük oyun” adı ilə tanınan prinsipial duelin iştirakçıları indiyədək 27 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdən 25-i çempionat, 2-si kubok yarışlarına təsadüf edib. İndiyədək komandalar 11 dəfə meydandan heç-heçə ilə ayrılıb. Bunların 10-u çempionat, 1-i kubokda qeydə alınıb.

 

Qələbələrin sayına gəlincə isə burda bərabərlik hökm sürür. “Neftçi” çempionatda, “Xəzər Lənkəran” kubokda minimal üstünlüyə malikdir. Bütün qələbələrini çempionatda əldə edən bakılılar 8 dəfə 3 xala sevinib. 1 qələbəsi kuboka təsadüf edən “Xəzər Lənkəran” 7 dəfə çempionat oyununda sevinən tərəf olub. Top fərqində də hələlik “Neftçi” öndədir – 28:25. .

 

Ümumi balansda bərabərliyə baxmayaraq, Lənkərandakı oyunlarda qonaqlar zəif olub. Baş tutan 13 görüşdə 6 dəfə meydan sahibləri qalib gəlib və 5 dəfə heç-heçə alınıb.Paytaxt klubu yalnız iki dəfə Lənkəranda qələbə qazanıb, son belə qalibiyyət isə 2007-ci ilə təsadüf edir. Lənkərandakı oyunlarda top fərqi isə 12:7-dir. Öz meydanındakı son 3 matçda qalib gələn “Xəzər Lənkəran” artıq 9 matçdır evdə “Neftçi”yə uduzmur.

 

“Böyük oyun”larda vurulan 53 qola 36 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 19, “Neftçi”nin 17 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb. Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 6 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov “Xəzər Lənkəran”ın, Nikolas Kanales, Bahodir Nasimov və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

 

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

 

Azərbaycan çempionatı

 

2004/05 mövsümü

 

08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

 

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

 

“Qızıl oyun”

 

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə – Alim Qurbanov

 

2005/06 mövsümü

 

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

 

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

 

2006/07 mövsümü

 

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

 

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

 

2007/08 mövsümü

 

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

 

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

 

2008/09 mövsümü

 

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

 

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

 

2009/10 mövsümü

 

İlkin mərhələ

08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

 

Final mərhələsi

27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

 

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

 

2010/11 mövsümü

 

İlkin mərhələ

25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

 

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

 

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski – Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

 

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Flavio Aleks Valensio

 

Azərbaycan çempionatı

Final mərhələsi

 

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay – Rodriqo Sezar Kastro

 

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev – Julius Vobay

 

2011/12 mövsümü

 

İlkin mərhələ

10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov – öz qapısına

 

06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio (2), Bahodir Nasimov (2), Fərid Quliyev

 

Final mərhələsi

 

24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov – Rahid Əmirquliyev

 

22.04.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Rikardo Qomeş

 

2012/13 mövsümü

 

İlkin mərhələ

 

15.09.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Nikolas Kanales, Flavio Aleks Valensio – Sadio Tounkara

 

14.12.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Dmitrios Sialmas, Adrian Pit – Nikolas Kanales


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43