Estoniya millisinin baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının püşkatması ilə bağlı yerli assosiasiyanın rəsmi saytına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis güclü qrupda yer aldıqlarını bildirib:
“Fərqli rəqiblərlə üz-üzə gəlmək istəyirdik, Azərbaycan və İsveç yığmaları bizə tanışdır. Lakin komandamız üçün yaxşı sınaqdır. Bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik. Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur”.
C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.