22 Sentyabr 2024
Ölkə futbolu

Cəzalı duruma düşənlər

Misli Premyer Liqasının XXIII turunda üç futbolçu cəzalı duruma düşüb.

İdmanxeber.az-ın məlumatına görə, Bu oyunçulardan ikisi 4-cü, biri 8-ci dəfə sarı vərəqə aldığı üçün növbəti turu buraxacaq.

“Səbail”in “Araz-Naxçıvan”la görüşündə iki futbolçu cəzalı duruma düşüb. Adi Mehremiç mövsümdə 8-ci sarı vərəqə ilə cəzalanıb. O, “Səbail”in “Sabah”la görüşündə iştirak etməyəcək. İqor Ribeyro isə “Zirə” ilə ev qarşılaşmasını buraxmalı olacaq. O, cari çempionatda 4-cü xəbərdarlığı alıb.

“Sumqayıt” isə Tresor Mossini itirib. “Turan Tovuz”la matçda aldığı sarı vərəqə onun üçün mövsümdə 4-cü olub. Mossi “Qarabağ”la səfər görüşündə oynamayacaq.

Qeyd edək ki, XXIV turun matçları martın 1-3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43