“Qolden Steyt Vorriors” baş məşqçi Stiv Kerr ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmə NBA tarixində rekorddur.
Tərəflər arasında əməkdaşlıq daha iki illiyinə artırılıb. Bu müddət ərzində klub baş məşqçiyə 35 milyon dollar ödəyəcək.
Qeyd edək ki, mütəxəssisin sözləşməsi bu yay başa çatmalı idi. İndi isə o, 2026-cı ilə qədər komandada qalacaq.