Ölkə futbolu

“Zirə”dən darmadağın, “Neftçi” heç-heçə etdi – YENİLƏNDİ

Misli Premyer Liqasında XXIX tura bu gün keçirilən iki qarşılaşmayla yekun vurulub.

İdmanxeber.az məlumat verir ki, günün ilk oyununda “Zirə” autsayder “Qəbələ”ni qəbul edib. Qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsiylə başa çatıb – 4:0. “Zirə” bu qələbəylə birlikdə 45 xalla 2-ci yerə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu yerdədir.

Turun son qarşılaşmasında isə “Neftçi” və “Sumqayıt” üz-üzə gəlib. Görüş “Neftçi Arena”da keçirilib və heç-heçə başa çatıb – 1:1. 44 xala malik “ağ-qaralar” 3-cü, onlardan bir xal az toplayan “kimyaçılar” isə 4-cü yeri tutur.

7 aprel (bazar)
16:30 “Zirə” – “Qəbələ” 4:0
Qollar: Rəhim Sadıxov, 4, Rafael Utziq, 25, Ceyhun Nuriyev, 27, Fuad Bayramov, 57
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu
20:00 “Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Emin Mahmudov, 73 (pen) – Yuri Matias, 13 (avtoqol)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43