“Araz Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan klubu “Neftçi”nin üzvü Azər Salahlını heyətinə cəlb etmək niyyətindədi. Artıq tərəflər arasında danışıqlar start götürüb.
Ancaq “Neftçi” ilə müqaviləsi bitən cinah müdafiəçisi hələlik qərar verməyə tələsmir. Futbolçunun öncəliyi “ağ-qaralar”da qalmaqdır.
Əgər paytaxt klubu Salahlının xidmətində maraqlı olmasa, futbolçu digər variantları nəzərdən keçirəcək.
Həsən Quluzadə