25 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”dən vacib açıqlama: “Sabah”la oyuna kimi…”

Premyer Liqanın ilk turunda baş tutan “Neftçi” – “Turan Tovuz” matçında hesab açılmadı. Görüşün ardından komandaların oyunları ilə yanaşı, “Neftçi Arena”nın ot örtüyü müzakirə mövzusuna çevrilib.

İdeal vəziyyətdə olmayan qazon futbolçuların istədiyi oyunu göstərməsinə də mane olurdu. Ot örtüyünün niyə bu durumda olmasının səbəbini soruşmaq üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:

“Hər mövsüm bitəndən sonra stadionun ot örtüyü dəyişilməlidir. Biz də ötən mövsüm başa çatandan sonra dəyişiklik həyata keçirdik. Amma iyun, xüsusilə də iyul aylarının çox isti keçməsi otun inkişafına təsir göstərdi. Növbəti ev oyununa kimi stadionun qazonu daha yaxşı vəziyyətdə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43