13 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa: IV turu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqası IV turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Turan Tovuz” görüşüdür (0:1). Suraxanıdakı matçı tribunalardan 2000 azarkeş izləyib.

Turun ən az tamaşaçısı isə Mərdəkandakı qarşılaşmada qeydə alınıb. “Araz Naxçıvan” – “Neftçi” görüşünü (1:1) 450 futbolsevər izləyib.

Digər oyunlardakı azarkeş sayı belədir:

“Səbail” – “Kəpəz” (4:0) –  “ASCO Arena”, 500 tamaşaçı

“Sabah” – “Sumqayıt” (3:1) – “Bank Respublika Arena”, 1500 tamaşaçı

“Zirə” – “Şamaxı” (0:1) – Zirə İdman Kompleksinin stadionu, 650 tamaşaçı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43