17 Sentyabr 2024
Ölkə futbolu

Reytinq cədvəli: “Qarabağ” və “Neftçi” gerilədi, “Zirə” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) avqust ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 502 klubun olduğu siyahıda Azərbaycandan “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi” klubları yer alıb.

Yenilənmiş reytinqdə Ağdam təmsilçisi 182,75 xalla  34-cü yerdən 52-ci yerə düşüb. “Qarabağ”ı “Real Sosyedad” və “İndependiente”(Medellin)(hər biri 185) qabaqlayıb. 

Cari mövsüm avrokuboklarda mübarizə aparan  “Zirə” isə böyük sıçrayışla 280-ci yerdən 211-ci yerə yüksəlib (91,25).

Siyahıda “Sabah” 59-cu, “Neftçi” isə 431-ci sıradan geriliyərək 482-cidir.

Reytinqdə ilk pillədə “Real” yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43