22 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycan millisi Çexiyaya məğlub oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu matçını keçirib.

İdmanxeber.az xəbər verir ki, Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə məğlub olub.

Qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələn yığma komanda İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün saat 20:00-da başlayacaq.

Milli qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub – 16:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43