“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen klubla yollarını ayıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu mövsümün sonunda azad agent olacaq. İngiltərə klubu 32 yaşlı danimarkalı futbolçu ilə yeni müqavilə bağlamağa tələsmir.
Onun gələcəyi ilə bağlı qərarı baş məşqçi Ruben Amorim verəcək. Eriksen bu mövsüm 13 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.