“Şaxtyor”un hücumçusu Daniil Sikan karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə 23 yaşlı futbolçu özü məlumat verib. O, “Trabzonspor”la anlaşdığını açıqlayıb.
Sikan “Karpatı” və “Mariupol” komandalarında da oynayıb. Futbolçu bu mövsüm Çempionlar Liqası da daxil olmaqla 18 oyun keçirib və 4 qol vurub. Onun Ukrayna millisində keçirdiyi 7 matçda 1 qolu var.