Dünya futbolu

34 yaşlı futbolçu “Barselona”ya keçə bilər

“Barselona” Xorvatiya millisinin sabiq üzvü, hazırda Donetskin “Şaxtyor” klubunda forma geyinən Dario Srnanın transfer etməkdə israrlıdır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı “Şaxtyor”un baş məşqçisi Paulo Fonseka verib.

O, bu barədə açıqlamasında bildirib ki, “Barselona” 34 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Qeyd edək ki, “Barselona” Dani Alveşin gedişindən sonra müdafiənin sağında yaranan boşluğu məhz 34 yaşlı futbolçu ilə doldurmaq niyyətindədi.

Xatırladaq ki, 2003-cü ildə “Şaxtyor”a transfer olunan futbolçu komandanın heyətində bir çox uğurlar qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43