Kateqoriyasız

4 il Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda

Ölkəmizdə 4 il top qovmuş Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, moldovalı yarımmüdafiəçi “Pünik”ə keçib.

Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə “Səbail”, 2020-ci ildə “Sabah”, 2021-ci ildə isə “Keşlə”də çıxış edib. 29 yaşlı oyunçu son olaraq ölkəsinin “Zimbru” klubunda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43