Lebron Ceyms daha bir tarixi rekordun astanasındadır.
İdmanxeber.az-ın məlumatına görə, “Los Anceles Leykers”in ulduzu ötən il NBA tarixinin ən çox xal atan oyunçusu olmuşdu. Lebron daha 40 xal atarsa, 40 min xala çatacaq.
39 yaşlı basketbolçu bunu bacararsa, NBA tarixində 40 min xala çata bilən ilk oyunçu olacaq.
2003-cü ildə “Klivlend Kavalyers” tərəfindən 1-ci sırada draft edilən L. Ceyms NBA-də 21-ci mövsümünü keçirir.