23 Fevral 2025
Dünya futbolu

41 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

Fransanın  “Nitsa” klubu futbolçusu Dante ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, I Liqa təmsilçisi 41 yaşlı futbolçu ilə daha bir illik sözləşmə imzalayıb.

2016-cı ilin avqustundan “Nitsa”nın şərəfini qoruyan braziliyalı müdafiəçinin 2026-cı ilin yayında karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, o, bu mövsüm Liqa 1-də 15 matçda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43