Dünya futbolu

42 yaşlı sabiq “Fənərbağça”lı İspaniya klubu ilə müqavilə imzaladı

İspaniya millisinin sabiq üzvü Daniel Quisa klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı futbolçu V liqa təmsilçisi “Rota” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Quisa bundan öncə VI liqa klubu “Union Deportivo”da çıxış edirdi.

“Rota” rəhbərliyinin təcrübəli futbolçu üçün imza mərasimi etməyə hazırlaşdığı bildirilir.

Quisa 2011-12-ci illərdə “Fənərbağça”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43