Ölkə futbolu

50-ci oyunda 10-cu məğlubiyyət

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib. 1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.

Qeyd edək ki, yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda 24-cü tur:Bugünkü oyunlara canlı baxmağın yolu

admin

“Qarabağ” qapıçısını icarəyə verdi

admin

“Qəbələ” Gəncədə ciddi itki ilə üzləşdi

admin