Dünyanın yaşlı oyunçusu olan Kadzuesi Miura daha bir il meydanda olacaq.
İdmanxeber.az-ın məlumatına görə, 57 yaşlı hücumçu hazırda icarə əsasında “Atletiko Suzuka”da (Yaponiya) çıxış edir. O, komanda ilə bir illik müqavilə bağlayıb.
Yaponiya millisinin sabiq üzvü bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Yeni mövsüm onun karyerasında 40-cı mövsüm olacaq.