“Xan Lənkəran” haqda danışmaq istəmirəm. Çünki orada işləmirəm”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq icraçı drektoru Höccət Hacıyev deyib.
Lənkəran şəhər stadionunun da direktoru olmuş Höccət bəy hazırda futbola olan əlaqəsini kəsib:
“Hazırda başqa sahədə işləyirəm. 6 aydan çoxdur ki, “Xəzər Lənkəran” stadionundan ayrılmışam. Ora artıq mən baxmıram”.