Kateqoriyasız

60 yaşlı vitse-prezident futbol matçında 54 dəqiqə oynadı

Surinamının 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk CONCACAF Liqasında matça çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, dövlət rəsmisi sahibi və kapitanı olduğu “İnter Munqotapu”nun heyətində Hondurasın “Olimpia” klubuna qarşı forma geyinib.

Matça start heyətdə başlayan keçmiş üsyançı lider 54-cü dəqiqədə oğlu Damianla əvəzlənib. Görüş rəqibin 0:6 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43