DÇ-2022-nin 1/8 finalında Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gələn Braziliya millisi 68 il sonra ilkə imza atıb.
İdmanxeber.az xəbər verir ki, ilk hissəni 4:0 hesabı ilə başa vuran “sambaçılar” Dünya Kuboku tarixindən ikinci dəfə bir oyunun ilk hissəsində 4 qol vurublar.
1954-cü ildə baş tutan DÇ-də Braziliya millisi Meksikanı 5:0 hesabı ilə məğlub etdikləri matçın ilk hissəsində rəqib qapsından 4 top keçirmişdi.
Bundan əlavə, DÇ-1950-dən bəri ilk dəfə oyunun 36 dəqiqəsində 4 qol vurulub.