Dünya futbolu

690 gündür oynamayan qapıçı ilə müqavilə yeniləndi

“Nyukasl” Loris Kariusla müqavilə yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi oyunçu ilə bağladığı müqavilədə yer alan məcburi 6 aylıq sözləşmə uzadılmasını həyata keçirib. Komanda ötən il təcrübəli qolkiperlə 0,5+0,5 aylıq anlaşma imzalamışdı.

2022-ci ildə İngiltərə klubuna keçən qapıçı komandası heç bir oyunda iştirak etməyib. Karius sonuncu dəfə 2021-ci ilin fevralın 28-də Almaniyanın “Mains” klubunun heyətində meydana çıxıb.

O, 690 gündür heç bir qarşılaşmada forma geyinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43