Milli komanda

7 futbolçu millidən kənarlaşdırıldı – siyahıda Namiq Ələsgərov da var

DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün iştirak ərizəsi məlum olub.

Idmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazinin Serbiya ilə matç üçün heyətində 23 futbolçu  yer alıb. O, “23-lüy”ünə Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib.

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə

Yarımmüdafiəçilər
: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov

Hücumçular:
 Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev

Qeyd edək ki, bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Serbiya görüşü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43