Kateqoriyasız

7 klub Superliqadan imtina etdi – Avropa Superliqası ləğv edildi?

Avropa Superliqasının yaradıcılarından olan 7 klub layihədən geri çəkilir.

Bunlar İspaniyanın “Atletiko” və “Barselona”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”  və “Mançester Siti” klublarıdır.

Artıq sözügedən klubların müvafiq sənədləri hazırladıqları qeyd olunub. Klubların geri addım atmağında yerli futbol federasiyalarının təzyiqi və azarkeşlərin bu layihəyə sərt reaksiya verməsinin rol oynadığı bildirilir.

***

“TalkSport”un Tvitter səhifəsi isə turnirin ləğv edildiyi barədə məlumat yayıb. Bu gün 12 klubun iştirakı ilə toplantı keçirildiyi və turnirin ləğv edilməsi haqda qərar verildiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43