Jan-Lui Qasse “Marsel”in baş məşqçisi təyin olunub.
İdmanxeber.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis ötən gün qovulan Cennaro Qattuzonu əvəz edib.
Qasse son olaraq Fil Dişi Sahili millisini çalışdırıb. Onun vəzifəsinə bu il keçirilən Afrika Millətlər Kubokunda qrup mərhələsindən sonra son verilib.