Türkiyədə təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran" daha bir futbolçunu sınayır.
İdmanxeber.com-un Makedoniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Deyan Blazevskidir. Onun yaxın günlərdə Cənub klubu il 2 illik müqavilə imzalayacağı iddia olunur. Son klubu ölkəsi Makedoniyada "Turnovo" olan futbolçunun transfer dəyəri 700 min avroya yaxındır. Mənbədə bundan əlavə qeyd olunur ki, bu transferdə əsas rolu Lənkəran klubunun futbolçusu Nikola Qliqorov oynayıb. O, Deyan ilə çoxdan tanışdır.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Makedoniya millisində 2 oyuna çıxıb və 1 qol vurub.