“Brentford”un hücumçusu Ayven Touni meydanlara qolla dönüb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı forvard öz oyunlarına mərc etdiyi üçün futboldan 8 ay uzaqlaşdırılmışdı.
Touni şənbə günü keçirilən “Nottingem Forest”lə oyunda komandasının ilk qolunu vuraraq 3-2 hesablı qələbədə rol oynayıb.
Xalını 22-yə yüksəldən “Brentford” 14-cü sıraya yüksəlib. “Nottingem Forest” isə 20 xalla 16-cı yeri tutur.