27 Noyabr 2024
İdman

8 qat olimpiya çempionu karyerasını bitirdi

Biatlon üzrə norveçli 8 qat olimpiya çempionu Ule Eynar Byorndalen karyerasını başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə 44 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib. 

Qeyd edək ki, Ule Eynar Byorndalen həm də 20 qat dünya çempionu və 6 dəfə “Böyük büllur qlobus”un sahibidir. O, belaruslu olimpiya çempionu Darya Domraçeva ilə evlidir. Byorndalen bu il Pxençanda keçirilmiş XXIII Qış Olimpiya Oyunlarında iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43