“Rəvan” Topaz Premyer Liqasının III turunda üz-üzə gələcəyi “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir. “Bayıl stadionu”nda hazırlaşan komanda bu gün yeni baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında ilk məşqinə çıxdı. Dünənki məşqi sadəcə, izləyən 42 yaşlı mütəxəssis bu dəfə prosesə birbaşa nəzarət edib.
Qədirov futbolçular və xətlər arasındakı anlaşmanı gücləndirmək üçün müxtəlif üsullara əl atdı. Yetirmələrinə saat yarım məşq keçən mütəxəssis texniki-taktiki hazırlığa xüsusi önəm verdi. Bu səbəbdən də futbolçular demək olar, toplu çalışmalarla “yükləndi”. Futbolçular məşqin son bölümündə qapıya zərbələr, cinah asmalarının qapanması üzərində işlədilər.