“Yeni mövsümə çox yaxşı hazırlaşdıq. Komanda yoldaşlarımın hər birinin əhval-ruhiyyəsi əladı. “Dənizlispor” bu mövsüm oynayacağı gözəl futbolla adından çox söz etdirəcək. Bu dəfə daha çox oyunda iştirak etmək istəyirəm”.
Bu sözləri Türkiyənin PTT 1-ci liqasında çıxış edən “Dənizlispor”un futbolçusu Arif İsayev deyib. Azərbaycan millisinin futbolçusu sözlərinə belə davam edib: “Ötən mövsümkü şanssızlıqları təkrarlamayacağıq. Superliqaya düşməyə çalışacağıq. Azarkeşlərin bizə dəstək olmasını gözləyirik”. “Dənizlispor” yeni mövsümün ilk oyununu avqustun 18-i “Qaziantep Böyükşəhir Bələdiyəsispor”a qarşı keçirəcək.