“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Ayntraxt” klubu avqustun 17-də Almaniya Bundesliqasında növbəti oyununu keçirəcək.
Frankfurt təmsilçisi Bakı vaxtilə saat 18:30-da doğma meydanda “Bavariya” ilə üz-üzə gələcək. Baş məşqçi Qurban Qurbanov rəqibin oyununa baxmaq üçün köməkçisi Elçin Rəhmanovu Almaniyaya göndərəcək.
Xatırladaq ki, “Qarabağ” avqustun 22-də Bakıda “Ayntraxt”la üz-üzə gələcək.