23 Dekabr 2024
Müsahibə

“Xəzər Lənkəran”da 30 oyuna çıxan slovak: “Onların təklifi ilə razılaşmadım” – MÜSAHİBƏ

 

"Xəzər Lənkəran"ın sabiq üzvü, hal-hazırda "Rəvan"ın şərəfini qoruyan İvan Pexanın idmanxeber.com saytına müsahibəsi.
 

– 3 il sonra yenidən Bakıdasız. Təəssüratlarınızı bilmək istəyərdim.
 

Bakı bu 3 il də xeyli dəyişib. Çempionatın səviyyəsi də artıb. İndi çempionatda rəqabət də güclüdü. 
 

– 3 il bundan öncə daha iddialı "Xəzər Lənkəran formasını geyinmisən. Hal-hazırda isə "Rəvan"dasan. Bu klubun avrokuboklara getmək şansı demək olar ki, azdı. Bunu yəqin bilirsən?
 

Bəli, bilirəm. Ancaq hər şey öz əlimizdədi. Yaxşı mübarizə aparıb istədiyimiz nəticəni qazana bilərik. O vaxtı "Xəzər Lənkəran"dan ayrılmağımın səbəbi ölkəmdə oynamaq istəməyim idi. Artıq vətənimdə çıxış etmək istəyirdim. 
 

– "Rəvan"a gəlməmişdən öncə Belarusun "Neman" klubunda çıxış edirdiz. Necə oldu bura gəldiz?

Klubda maliyyə durumu yaxşı deyildi. Mən öz şərtlərimi irəli sürdüm. Onların təklifi ilə razılaşmadım. "Rəvan" mənimlə maraqlanandan sonra isə bu təklifi dəyərləndirdim. 

– Artıq iki tur geridə qalıb və "Rəvan" bu oyunlarda 1 xal belə qazana bilmədən qol da vura bilməyib. Nə düşünürsüz?: komanda çempionata tam hazır deyil, yoxsa başqa məqamlar var…

Hələ çempionat 2 turdu başlayıb. Yeni oyunçular var komandda. Adaptasiya dövrü gedir. Ona görə, istədiyimiz nəticələri qazana bilmədik. Ancaq hələ çempionat qarşıdadı. 14-15-ci turda bu barədə nə isə danışmaq olar. 
 

– Mövsüm öncəi itirilən xallar, çempionatın sonunda sizə baş ağrısı olacağını düşünmürsüz?
 

Düzdü, çalışmalıyıq xal itkisinə yol verib, sonra onun acısını dadmayaq. Ancaq mövsüm əvvəli bir çox klublarda bu olur. Misal üçün "İnter" və "Bakı"nın xalı yoxdu, "Xəzər Lənkəran" isə cəmi 2 xal qazan bilib. İlk turlarda belə nəticələr olur. Biz iki turda müəyyən səhvlərə yol verdik ki, xal itkisi ilə qarşılaşdıq. Əsas məsələ qarşıdakı turlarda bu səhvləri təkrarlmamaqdı.
 

– Qarşıdakı turda "Bakı" ilə qarşılşacaqsınız. Rəqibiniz də sizin kimi xala həsrətdi. Demək olarmı ki, "Rəvan"ın bu turda qələbə həsrəti davam edə bilər?
 

Biz "Bakı" ilə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. Onların da 3 xala ehtiyacı var. Hər iki tərəf qələbə üçün meydana çıxacaq və düşünürəm ki, maraqlı oyun olacaq.

 

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43